Kolumbiya daxili silahlı münaqişə ilə üzləşən Ekvadorla quru, su və hava sərhədlərində silahlı qüvvələr yerləşdirir.
Yenisabah.az xəbər verir ki, yanvarın 7-də “Los Çoneros” cinayətkar qruplaşmasının başçısı həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bunun ardınca bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar başlayıb. Yanvarın 8-də ölkədə fövqəladə vəziyyət elan olunub və komendant saatı tətbiq edilib.
Ekvador prezidenti Daniel Noboa yanvarın 9-da ölkədə daxili silahlı münaqişənin mövcudluğunun tanınmasına dair fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib. Sezar pizza
Son illər Ekvadorda zorakılıq hallarında kəskin artım müşahidə edilir. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanalar bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi toqquşmalar baş verir.
Telegram kanalımız