“Kolxoz” sözü qərardan çıxarıldı

“Kolxoz” sözü qərardan çıxarıldı

Siyasət Veb saytların hazırlanması

02 Fevral 2019 12:49 881


Baş nazir Novruz Məmmədov “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərardaa dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, qərarda 1.1. 1-ci və 5-ci hissələrdən “, kolxozlar” sözü, 2-ci hissədən “, kolxozlardan” sözü çıxarılıb və 5-ci hissədə “miqdarının hesablanması üçün nırx” sözləri “hesablanması üçün miqdar” sözləri ilə əvəz edilib.

Həmçinin, həmin Qərarla təsdiq edilmiş 1-7 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsib.

Həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması Qaydaları”nın 1-ci hissəsinin ikinci abzasında “nırxının” sözü “dəyərinin” sözü ilə əvəz edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!