Komada olan vəzifəli şəxsin son durumu - Ailəsi danışdı

saytların hazırlanması

Evə çatdırılma

Komada olan vəzifəli şəxsin son durumu - Ailəsi danışdı

Mədəniyyət

06 Oktyabr 2025 14:47 4355


Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son vəziyyəti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

Onun sözlərinə görə, atasının səhhətində müsbət irəliləyişlər var: pizza mizza

"Həkimlə bu gün görüşmüşəm. Atamın vəziyyətində müsbət irəliləyişlər var. Təzyiq dərmanlarını da artıq dayandırıblar. Yavaş-yavaş ayılmağa çalışır". 

Məlhəm Hospitalın reanimasiya şöbəsindən verilən məlumata görə, Vaqif Vəliyevin vəziyyəti stabildir:

"Hazırda xəstə tənəffüs aparatına qoşuludur. Vəziyyəti stabildir, yaxşılığa doğru gedir. Yavaş-yavaş aparatdan çıxartmağa çalışırıq. Bir az oyanması da var, lakin aparatdan təmiz çıxartmamışıq. Ümumi vəziyyəti hazırda müsbətə doğru irəliləyir".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!