Komaya düşən azərbaycanlı xanım jurnalist vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

Komaya düşən azərbaycanlı xanım jurnalist vəfat etdi 

Sağlamlıq

13 Avqust 2019 10:07 1536


Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.

“Yeni Sabah” baku.ws-ə istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb. 

"Aeroport Perm" jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb. pizza

Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.

Qeyd edək ki, N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı və xərçəngdən sağaldığını düşünürdü.

Özündən sonra azyaşlı oğlu qaldı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!