Komaya düşən gənc öldü

saytların hazırlanması

Evə çatdırılma

Komaya düşən gənc öldü

Sağlamlıq

24 Mart 2019 22:18 1267


Göyçayda 24 yaşlı oğlan komaya düşərək ölüb

Göyçayda gənc oğlan epilepsiya xəstəliyindən ölüb. Rayonun Müskürlü kənd sakini, 1995-ci il təvəllüdlü Rəsulov Taleh İldırım oğlunun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.

Taleh Rəsulov qıcolma vəziyyətində rayon təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. pizza sifarişi

Xəstəxanadan  verilən məlumata görə, T. Rəsulov epilepsiya xəstəliyi ilə əlaqədar Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində qeydiyyatda olub, evdə dərmanları mütəmadi qəbul etmədiyi üçün vəziyyəti ağırlaşıb və vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım stansiyasına müraciət edilib.

Onun epileptik status, 4-cü dərəcəli komaya düşməsi səbəbindən öldüyü  bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!