Komaya düşən vəzifəli şəxsdən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Komaya düşən vəzifəli şəxsdən xəbər var

Mədəniyyət

02 Oktyabr 2025 10:57 587


Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son vəziyyəti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə oğlu, jurnalist Səbuhi Vaqifoğlu danışıb.

Onun sözlərinə görə, atasının durumu kritik olaraq qalır: pizza hut

"Bu gün müəyyən yoxlanılmalar aparılacaq. Həkimlərin təyin etdikləri saat bu gün tamam olur. Yenə də ümumi vəziyyət qənaətbəxşdir. Çünki bundan da betər ola bilərdi. Artıq 3 gündür ki, komadadır. Əsas odur ki, vəziyyətdə geriləmə yoxdur.

Hazırki durumu ağır kritik və ağır stabildir. Hələlik həkimlər də dəqiq bir söz deyə bilmirlər. Hazırda immuniteti qaldırmaq və təzyiqi normallaşdırmaq üçün müəyyən prosedurlar edilir. Yekun vəziyyətin nə olacağını bilmirəm".

Xatırladaq: Vaqif Vəliyev 3 gün öncə vəziyyəti pisləşərək komaya düşüb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!