Komitə əməkdaşları şəhid pilotların ailələrinə baş çəkdilər

saytların hazırlanması

Evə çatdırılma

Komitə əməkdaşları şəhid pilotların ailələrinə baş çəkdilər

Sosial

15 Fevral 2019 02:54 757


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd ediblər.

“Yeni Sabah” xəbər verir ki, komitənin əməkdaşları bu gün münasibəti ilə şəhid pilotlarımızın ailəsinə baş çəkiblər. İşğalçı Ermənistanın növbəti hərbi fitnəkarlığının qarşısının alınması məqsədilə 2016-cı ilin aprel ayında ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar.

Komitənin əməkdaşları  şəhid pilotların ailələrinə baş çəkib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin şanlı qəhrəmanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Toyuqlu pizza

Hər üç pilotun ailələrinə məcburi köçkünlər adından minnətdarlıq bildirən əməkdaşlar onlara rəmzi xatirə hədiyyələri təqdim ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!