Komitə küçəyə atılan körpələrlə bağlı məsələni nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Komitə küçəyə atılan körpələrlə bağlı məsələni nəzarətə götürdü

Sosial

04 Fevral 2019 15:47 1041


"Bərdə rayonunda küçəyə atılan körpə bacı-qardaşla bağlı iş nəzarətə götürülüb".

Bu barədə "Yeni Sabah"a  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, məsələnin araşdırılması yerli monitorinq komissiyasına tapşırılıb: "Hazırda komissiya məsələni araşdırır və valideynlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır". pizza sifarişi

Qeyd edək ki, fevralın 3-də Bərdə rayonunda yolun kənarından körpə bacı-qardaş tapılıb. Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir. Bu gün səhər saatlarında körpələrin anası tapılıb.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!