Komitə maşınları hərraca çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Komitə maşınları hərraca çıxardı

Avto

01 İyul 2019 12:42 1391


Əmlak Məsələləri Dövlət Komitəsi iylun 30-da keçiriləcək hərrac haqqda açıqlama yayıb. 

Komitədən “Yeni Sabah”a verilən məlumata görə, keçirilən açıq hərraclar dövlət əmlaklarının özəlləşdirilməsi, investisiyaların cəlb olunması və qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir.

30 iyulda keçiriləcək hərracda satışa çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar “Bərdə Kərpic”, “Azinterservis”, “Şəmkir Nəqliyyat Ekspedisiya” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər.  pizza

Səhmdar cəmiyyətlərindən biri Oğuz rayonunda yerləşən “Oğuz Kəndkimya”-dır. Səhmdar cəmiyyətinin ərazisinə inzibati bina, təmir sexi, anbarlar və digər tikililər daxildir. 

Qeyd edək ki, hərraca buraxılış tarixi 2004-2009 olan nəqliyyat vasitələri də çıxarılıb. Nissan, Renault, Hyundai və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 3 min manatla 8 min manat arasındadır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!