Komitə Şamaxıda konfrans keçirib

saytların hazırlanması

Evə çatdırılma

Komitə Şamaxıda konfrans keçirib

Din

13 Mart 2019 21:35 1440


Şamaxı şəhərində “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans martın 13-də panel iclası ilə öz işini davam etdirib.

“Yeni Sabah” xəbər verir ki, “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Eyni zamanda, G.Ələkbərova gənclərin dini radikalizm və onun fəsadları barədə məlumatlandırılması istiqamətində bu cür seminar-müşavirələrin əhəmiyyətini yüksək dəyərləndirib. Dominos pizza

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında dinimizin fundamental dəyərlərinin geniş təbliğ edilməsinin vacibliyinə toxunub. Sədrin müavini maarifləndirmə və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. 

G.İsmayılov, həmçinin, dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatdırıb: “Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə gənclərə aşılanması radikalizmin qarşısının alınmasında ən effektiv vasitədir”, - deyə sədr müavini əlavə edib.

Daha sonra çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev gənclərin ekstremizm və digər zərərli vərdişlərdən qorunması üçün onlar arasında dini maarifləndirmə işinin aparılmasının önəmini diqqətə çatdırıb. Natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!