Komitə sədri Cavanşir Quliyevi medalla təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri Cavanşir Quliyevi medalla təltif etdi

Maraqlı

19 İyul 2021 15:43 1205


Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin tapşırığı ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığı və qiymətləndirildiyi qeyd edilib.

Cavanşir Quliyev ölkəmizin türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Marqarita pizza

C.Quliyev fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!