Dövlət Şəhərsalma və Arxitektura Komitəsi deputat Fəzail Ağamalının Samir Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etdiyi dövrdən - keçən ilin aprelindən Bakıda tikinti işlərinin dayandırıldığı, 50 min insanın işsiz qaldığı barədə iddiasını təkzib edib.
"Yeni Sabah"ın məlumatına görə, Dövlət Komitəsindən BakuPost-un sorğusuna cavab olaraq deyilib ki, sözügedən iddialar həqiqətə uyğun deyil və tamamilə əsassızdır.
Dövlət Komitəsi onu da bildirib ki, görülən işlərlə bağlı mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını davam edəcək. pizza mizza
Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında deputat Fəzail Ağamalı Samir Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etdiyi dövrdən - keçən ilin aprelindən Bakıda tikinti işlərinin dayandırıldığını, 50 min insanın işsiz qaldığını bildirib.
Telegram kanalımız