Kompensasiya alanların siyahısı dərc olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Kompensasiya alanların siyahısı dərc olunacaq

İqtisadiyyat

13 Aprel 2019 02:07 1299


Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək. Bu barədə Palatadan məlumat verilib.

Siyahı qurumun rəsmi saytında yerləşdiriləcək. Bundan başqa, problemli kreditlərlə bağlı məlumatlar kreditlərin alındığı müvafiq banklara ötürüləcək.

Qeyd edək ki, fevralın 28-də Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq “10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Sənəd 800 min nəfəri əhatə edəcək. Marqarita pizza

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!