Bu gündən etibarən problemli kreditlərlə bağlı ödənişlərin verilməsinə başlanılır.
“Yeni Sabah” xəbər verir ki, kompensasiya alacaq şəxslərin vaxt itirməməsi və növbədə dayanmaması üçün banklar tərəfindən qrafik hazırlanıb. Onlar mesaj vasitəsi ilə vaxt dəqiq qeyd olunmaqla banka çağırılacaqlar. Hazırda fəaliyyət göstərən banklardan kompensasiya alacaq şəxslər elə həmin banklara, bağlanan bankların müştəriləri isə Azərpoçt şöbələrinə yaxınlaşmalıdırlar.
Bütün ödənişlərin may ayının sonuna kimi yekunlaşdırılması planlaşdırılır. pizza sifarişi
Telegram kanalımız