Kompensasiyaların məbləği bu tarixdə müəyyənləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Kompensasiyaların məbləği bu tarixdə müəyyənləşəcək

İqtisadiyyat

06 Mart 2019 17:09 941


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  problemli kreditlərin həlli ilə bağlı sualları canlı yayımda cavablandırıb.

"Yeni Sabah"ın məlumatına görə, V.Qasımlı qeyd edib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı və onlara ödəniləcək kompensasiyanın məbləği aprelin 15-dək müəyyənləşdiriləcək:

"Mərkəzləşdirilmiş Kredit Reyestrində Azərbaycanda kredit götürmüş bütün şəxslərin siyahısı və kredit tarixçələri var. Bütün məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdiriləcək. Vətəndaşlar saytın müvafiq bölməsində şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə, onlara düşən kompensasiyanın məbləğini öyrənə biləcək. Düşünürəm ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!