Kompüter oğruları tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Kompüter oğruları tutuldu

Kriminal

04 Fevral 2019 14:40 1164


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə evdən oğurluq edən rayon sakinləri saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, Cəlilabad şəhəri M.Quliyev küçəsində yaşayan B.Şahbazov rayon polis şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən elektrik generatoru, videomaqnitafon, rəqəmsal peyk aparatı, kompüter monitoru, səsgücləndiricilər, həmçinin digər məişət əşyalarının oğurlandığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C. Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb. pizza hut

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!