Kompüter oğurlayan şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Kompüter oğurlayan şəxs saxlanılıb

Kriminal

25 Mart 2019 18:53 819


Paytaxtda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kompüter oyunları salonlarının birindən 2845 manat dəyərində kompüter və aksesuarlar oğurlamaqda şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini Ə.Zeynallı saxlanılıb.

O, əvvəllər məhkum həyatı yaşayıb. pizza mizza

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə Ə.Zeynallının rayon ərazisindəki çay evlərinin birindən 4 ədəd televizor və suvenir oğurlaması da müəyyən edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!