Kompüter oyunlarında durğunluq hökm sürür

saytların hazırlanması

Evə çatdırılma

Kompüter oyunlarında durğunluq hökm sürür

Rəqəmsal

12 Oktyabr 2022 17:17 3039


Kompüter oyunları sektorunda durğunluq ilin əvvəlindən davam edir.

Yenisabah.az xəbər verir ki, videooyun dünyasında hökm sürən vəziyyəti analitiklər “oyun aləmi üçün ən qaranlıq” iltək səciyyələndiriblər.

İstər “YouTube”, istərsə də “Twitch” platfrormalarına nəzər saldıqda “gamer”lərin bir çoxu bu boşluqdan öz narazılığını ifadə edir. pizza hut

“Yay aylarında oyun bazarındakı boşluğun mövcudluğunu illərdir görmüşük, lakin bu il, ümumiyyətlə, keyfiyyətli bir məhsulla qarşılaşmadıq”, – deyə bir çox oyunçular sosial şəbəkələrdə və bloqlarda şikayətlənir.

Qeyd edək ki, cari ildə “ölüm sükutu”nu pozan ilk oyun “Electronic Arts”-ın buraxdığı “FIFA 2023” olub. FIFA markasıyla oyun həvəskarlarının ixtiyarına verilən oyunun növbəti illərdə dəyişdiriləcəyi də qeyd olunur.

Hazırda sükutu qismən də olsa, pozmağı bacaran “FIFA 2023”ə növbəti dəstək isə bu ayın 28-də “Activison”-un təqdim edəcəyi “Call of Duty – Modern Warfare 2” oyunu olacaq. “CoD” markasının populyarlığını nəzərə alsaq, həmin kompüter oyununun bütün streotipləri sındıracağı da istisna edilmir. İstehsalçı şirkət bir sıra şad xəbərlər verib.

“Rockstar”ın şah əsəri sayılan “Grand Theft Auto VI” oyunu növbəti illərdə oyunçuların istifadəsinə veriləcək.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!