Konor Makqreqor karyerasını bitirdi

saytların hazırlanması

Evə çatdırılma

Konor Makqreqor karyerasını bitirdi

İdman

26 Mart 2019 17:37 1137


Qarışıq döyüş növləri üzrə idmançı Konor Makqreqor karyerasını bitirdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, şəxsi "Tvitter" hesabında məlumat verib:

"Uşaqlar, təcili elan. Bu gün mən qarışıq döyüş sənəti kimi tanınan idman növündən getməyə qərar verdim. Bütün keçmiş həmkarlarıma uğurlar arzu edirəm və artıq təqaüdə çıxıram". Sezar pizza

Qeyd edək ki, Konor son döyüşündə rusiyalı döyüşçü Həbib Nurməhəmmədova uduzub. UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.

K.Makqreqor eyni zamanda iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!