ABŞ Konqresinin bir sıra üzvləri Nümayəndələr Palatasına və Senata İrana qarşı ərəb-İsrail birgə müdafiə sisteminin yaradılması haqqında qanun layihəsi təqdim ediblər.
Yenisabah.az xəbər verir ki, sənədin mətnini senator Conni Ernst dərc edib.
Qanun layihəsində göstərilir ki, ABŞ müdafiə naziri Yaxın Şərqdəki müttəfiqləri ilə birlikdə raketdən müdafiə sisteminin birgə arxitekturasını yaratmalıdır. Sənədin müəllifləri region ölkələrini İranın qanadlı raketlərindən, pilotsuz uçuş aparatlarından və raket zərbələrindən qorumaq və digər məqsədlər üçün inteqrasiya edilmiş raket və hava hücumundan müdafiə potensialını yaratmağı təklif edirlər. Sezar pizza
Bu yolla qorunmalı olanlar arasında Səudiyyə Ərəbistanı, Qətər və digər Körfəz ölkələri ilə yanaşı Misir, İraq, İordaniya və İsrail də var.
Qanun qəbul olunarsa, Pentaqon 180 gün ərzində inteqrasiya edilmiş hava və raketdən müdafiə sisteminə yanaşmanı müəyyən edəcək və bu barədə strategiya təqdim edəcək.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında Vaşinqtonda İsrail tərəfi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb.
Daha sonra Sudan və Mərakeş İsraillə münasibətlərin normallaşdığını bəyan ediblər. BƏƏ və Bəhreynlə barışmazdan əvvəl yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri olub.
Telegram kanalımız