Konqresmen: “Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb“

saytların hazırlanması

Evə çatdırılma

Konqresmen: “Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb“

Siyasət

28 İyul 2022 10:13 1124


Ukraynadakı müharibədə 75 mindən çox Rusiya vətəndaşı ölüb və yaralanıb. 

“Report” “Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında (Aşağı Palata) Demokratlar Partiyasını təmsil edən konqresmen, qanunverici orqanın Silahlı Qüvvələrin işi üzrə komitəsinin üzvü Elissa Slotkin bildirib.

O, Ağ Evdə keçirdiyi brifinqdə söyləyib ki, Rusiya hakimiyyəti itkilərinin sayı barədə rəsmi açıqlama vermir. Marqarita pizza

E.Slotkin bildirib ki, Demokratlar və Respublikaçılar partiyalarından olan konqresmenlər ABŞ-ın Ukraynaya HIMARS sistemləri üçün ATACMS uzaqmənzilli raketlərin göndərilməsini dəstəkləyir.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir müddət əvvəl Ukraynadakı müharibədə Rusiyanın 15 min hərbçisinin öldüyünü bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!