“Kontakt Home” ən çox şikayət olunan qurum seçilib

“Kontakt Home” ən çox şikayət olunan qurum seçilib

Xalqın səsi Veb saytların hazırlanması

06 Aprel 2023 08:52 31305


2023-cü ilin ilk 3 ayında ən çox şikayət olunan kommersiya qurumu “Kontakt Home” olub.

Kommersant.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, “Kontakt Home” və “Baku Electonics” ən çox şikayət olunan kommersiya qurumlarıdır. Adı çəkilən şirkətlər bununla bağlı sanki yarışa girib. Lakin “Kontakt Home” birinciliyini əldən vermir. Hətta bu gün də “Kontakt Home”dan iki şikayət daxil olub.

“Bu gün daxil olan şikayətdə şirkətin müştərisi 419.99 manata qulaqcıq alıb. İki gün sonra məhsulu qaytarmaq istəyən vətəndaşa isə “gedin kimə, hara istəyirsinizsə, şikayət edin” cavabı verilib”, – deyə Eyyub Hüseynov bildirib.

E.Hüseynov qeyd edib ki, ən çox şikayət işlənmiş məhsul satmaq və zəmanət verməmək kimi səbəblərdən olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!