Könül Vəlibəylinin qızı xəstəxanadan nə vaxt evə buraxılacaq? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Könül Vəlibəylinin qızı xəstəxanadan nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Sağlamlıq

13 Dekabr 2025 13:58 981


Yasamalda çoxmərtəbəli binada baş verən yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.

Onun müalicə olunduğu Yeni Klinikadan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, gəncin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Həmçinin, bildirilib ki, L.Qulamovanın nə zaman evə buraxılacağı barədə dəqiq məlumat yoxdur. Pepperoni pizza

“O, vəziyyəti normallaşandan sonra evə buraxılacaq”, - klinikadan qeyd olunub.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib. Ölənlərdən biri Ləman Qulamovanın anası - Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.

Yanğında ciddi xəsarət alan Ləman Qulamova komaya düşmüşdü. O, bu gün  komadan çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!