Əmlak Məsələləri Dövlət Komitəsində reallaşdırılan “Könüllü ol” layihəsinə 1100-ə yaxın gənc cəlb edilib.
“Yeni Sabah” xəbər verir ki, hər bir könüllü ilə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 320 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə başlayıb. Könülllü proqramında iştirak edən 110 nəfər könüllü komitənin müxtəlif qurumlarında işlə təmin edilib.
Respublikanın ali təhsil ocaqlarının tələbələri və məzunlarının da əmlak idarəçiliyi sahəsində könüllü fəaliyyətinə cəlb edilməsi istiqamətində fəal iş aparılır. Bu məqsədlə, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində ümumilikdə 1000-ə yaxın məzun, tələbə və magistrlərlə ilə görüşlər keçirilib. Pepperoni pizza
Regionlarda da komitənin “Könüllü ol” proqramında iştirak etmək istəyən gənclərlə görüşlər keçirilir. Gəncə və Şirvan şəhərləri, Qəbələ, Quba regionunda yaşayan 700-ə yaxın gəncə “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü proqramı” mövzusunda seminarlar keçirilib
Könüllülərlə birgə iş prinsipinin daha rahat və müasir formada qurulması məqsədi ilə 2017-ci ildən komitənin internet resursunda (http://www.e-emdk.gov.az:30034/Volunteer/FormApply) “Könüllü fəaliyyəti” adlı xüsusi bölmə də faəliyyət göstərir. Könüllü olmaq istəyən gənclərimiz “Könüllü ol” bölməsinə daxil olaraq müraciətlərini elektron formada da göndərə bilirlər. Könüllülər ilə 2-3 ay müddətinə müqavilə bağlanılır və könüllülük fəaliyyətinə başlanılır.
Telegram kanalımız