2023-cü ildə Koreya Xalq Demokratik Respublikasından (KXDR) Cənubi Koreyaya qaçanların sayı təxminən 3 dəfə artıb.
Yenisabah.az xəbər verir ki, ötən il şimaldan 196 nəfər cənuba pənap gətirib. 2022-ci ildə bu rəqəm 67 nəfər olub.
COVID-19 pandemiyasıdövründə qaçanların sayı azalıb. 2019-cu ildə 1047 nəfər KXDR-dən Cənubi Koreyaya qaçmışdı. Qaçanların sayı 2009-cu ildə tarixdə ən yüksək həddə çatmışdı – 2252. pizza hut
Nazirliyin məlumatına görə, 2023-cü ildə qaçanların yarısından çoxu 20-40 yaş arasındadır və 84%-i qadınlardır. Onlar əsasən sərhədi qeyri-qanuni keçənlər deyil, üçüncü ölkələrdən Şimali Koreyaya qayıtmaqdan imtina edənlərdir.
Telegram kanalımız