Koronavirus pandemiyası Türkiyədə məşhur cütlüyün həyatında dönüş yaradıb. 8 ay əvvəl ailə həyatı quran Dəniz Yavuzyılmaz və Serpil Yavuzyılmaz ilk dəfədi bir-birilərinə doyunca vaxt ayırırlar.
Yenisabah.az xəbər verir ki, Türkiyə parlamentinin CHP-dən olan deputatı Dəniz Yavuzyılmaz ötən ilin payızında mühəndis Serpil Yavuzyılmazla ömür yolunu birləşdirsə də, işi çox olduğundan xanımına kifayət qədər vaxt ayıra bilməyib. Karantin rejimi elan olunandan sonra cütlük günlərini bir yerdə keçirir, bərabər film seyr edir, kitab oxuyurlar.
Serpil jurnalistlərlə söhbət zamanı koronavirusun onları xoşbəxt etdiyini gizlətməyib: “Deputat olduğu üçün həyat yoldaşımın başını qaşımağa vaxtı olmurdu. 8 ayda eyni masa arxasında oturub bir dəfə yemək yediyimzi yadıma gəlmir. O, bütün günü işdə olurdu. İndi çox xoşbəxtik. Birlikdə çörək bişirir, yemək hazırlayırıq. Artıq qalan yeməkləri isə həyətdəki ac pişiklərə veririk. Koronavirus bizə vaxtın qədrini bilməyi öyrətdi". pizza sifarişi
Telegram kanalımız