Türkiyə iyun ayının 15-dən etibarən turizm sektorunu açıq elan edəcək. Hazırda istirahət mərkəzlərində yeni mövsümə ciddi hazırlıq gedir.
Yenisabah.az xəbər verir ki, bu açıqlama ilə Antalya Turizm Qrupunun başqanı Rəcəb Yavuz çıxış edib.
Yavuzun sözlərinə görə, yeni sezonda ölkəsinə Rusiyadan 2 milyon 436 min turistin gəlməsi gözlənilir: “Almaniyadan 1 milyon 69 min, Ukraynadan 309 min, İngiltərədən 195 min, Polşadan 188 min, MDB ölkələrindən 155 min, Skandinaviya ölkələrindən 154 min, Rumıniyadan 142 min, digər ölkələrdən istə təxminən 500 min turist gözləyirik”. pizza hut
Rəcəb Yavuz payızda da türkiyəyə tursit axınının olacağını istisna etməyib. Qeyd edib ki, ilin axırına kimi Türkiyəyə 5 milyon 300 min turistin gəlməsi gözlənilir.
Telegram kanalımız