“Koronavirus olan yerdə adi qrip ola bilməz“ - Azərbaycanlı pulmonoloq

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirus olan yerdə adi qrip ola bilməz“ - Azərbaycanlı pulmonoloq

Sağlamlıq

18 Dekabr 2020 15:46 1034


İndi bir çox insanlar burnu tutulan, qızdırması bir gün də olsa qalxan kimi kodivlə yanaşı qripdən şübhələnir. Adi soyuqdəymədir deyib keçir. Test verdikdə bəzən neqativ çıxır, buna da arxayınlaşır və evdə qalmır. Bununla da o hələ də yuxarı tənəffüs yollarında olan virusu ətrafa yayıb insanları yoluxdurur.

Yenisabah.az xəbər verir ki, tanınmış professor, pulmonoloq Əlizamin Sadıqov pandemiya dövründə qrup və digər respirator virusların aktivliyi barədə məsələyə toxunub.

O bildirib ki, pandemiya dövründə qrip ştamları əvvəlki kimi aktiv olmur. Marqarita pizza

“Kovid virusunun gücündən digər qrip virusları zəifləyir. İnsanlar maskada gəzdiklərindən və immunitetlərini də kovidə qarşı möhkəmləndirdiklərindən indi demək olar ki, qrip yoxdur.

Kovid kimi virusun tuğyan etdiyi bir vaxtda qrip meydanda ola bilməz. Ona görə istənilən əlaməti olan insane kovid kimi baxılmalıdır və həmin şəxs test oldu, olmadı, testin nəticəsi neqativ olsa da 14 gün evdə təcrid olunnalıdır.

Qrip barədə düşünməyin. Qriplə koronavirusu fərqləndirməyi də unudun. Onların heç bir fərqi olmur. Sadəcə koviddə iybilmə, qoxubilmə kəskin itir. Amma çox xəstələrdə bu simptom da olmur”.

Odur ki, “boş ver, həmişə qrip oluruq, adi soyuqdəymədir” kimi fikirləri kənara qoyun və ailənizi, ətrafınızı yoluxdurmayın.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!