Koronavirus “Oskar”ın qaydalarını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus “Oskar”ın qaydalarını dəyişdi

Mədəniyyət

30 Aprel 2020 12:57 1019


Oskar Akademiyası pandemiya səbəbiylə ciddi qayda dəyişikliyi edib. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə birbaşa rəqəmsal platformalarda yayımlanan filmlərin bu ilki yarışa namizəd ola biləcəyi açıqlanıb. Bundan öncə filmin Oskara namizəd olması üçün əvvəlcə ən azı 7 gün və üç seans olmaqla Los-Ancelesdə nümayiş olunmalı idi. Lakin bu ildən etibarən, akademiya bu qaydanı dəyişib və bütün digər tələblər yerinə yetirildiyi təqdirdə bu qaydanın nəzərə alınmayacağı bildirilib. 

Filmlər əvvəlcədən göstərilmə tarixi alıbsa, hər hansı internet platformasında yayımlanaraq Oskara namizəd ola bilərlər. Akademiyanın açıqlamasına görə kinoteatrlar açıldıqdan sonra bu qayda ləğv ediləcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!