Koronavirus zamanı Aşura mərasimləri necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus zamanı Aşura mərasimləri necə olacaq?

Din

21 Avqust 2020 10:55 1363


Bu gündən Məhərrəm ayı başlayır. İslam peyğəmbəri Həzrəti Məhəmmədin nəvəsi Həzrəti Hüseyn bu ayın 10-cu günündə (Aşura) İraqda Kərbəla çölündə şəhid edilib. Bu baxımdan, həmin gün Həzrəti Hüseynə təziyə günü kimi qeyd edilir. 

Bu il Aşura mərasimi koronavirus pandemiyasının bəşəriyyəti təhdid etdiyi bir vaxta düşüb. Koronavirus infeksiyasının xarakterik əlamətlərindən biri də sürətlə yayılmasıdır. Ona görə də infeksiyadan qorunmaq üçün sosial məsafə saxlamaq, kütləviliyə yol verməmək əsas şərtdir. Nəzərə alsaq ki, hər il Aşura mərasimində on minlərlə insan iştirak edir, bu zaman yoluxma riskinin böyük olduğunu söyləmək olar. 

Əlbəttə ki, insanların dini inanclarına hörmətlə yanaşılmalıdır. Amma vətəndaşların sağlamlığı da əsas şərtdir.  Toyuqlu pizza

Hazırda Azərbaycanda infeksiyaya yoluxma sayı bir qədər aşağı düşüb. Ona görə də hökumət xüsusi karantin rejimini yumşaldıb. Amma hər hansı izdihamlı tədbir yenidən yoluxma sayını artıra və karantin rejiminin sərtləşdirilməsinə səbəb ola bilər. 

Tibb mütəxəssisləri hesab edir ki, vətəndaşlar bunu nəzərə alaraq kütləvili tədbirlər keçirməkdən çəkinməlidir. “Bu infeksiya sürətli yayılır. Kütləvi tədbirlərdə yoluxma riski daha böyükdür. Diqqət edin, yoluxma iki rəqəmli saya enmişdi. Lakin son günlər artıb və bir neçə gündür ki, yenidən üç rəqəmli yoluxma sayı qeydə alınır. Bu yumşalmadan su-sitifadə hallarının təzahürüdür. Kütləvi tədbirlər isə epidomoloji vəziyyətə mənfi təsir göstərə və yolxuma sayını daha da arta bilər”, - deyə tibb mütəxəssisləri bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev Məhərrəm ayı ilə bağlı dindarlara müraciət etmişdi. “Hər kəsin dini etiqadina həssaslıqla yanaşırıq. Din xadimlərindən də bu mövzuda fikirlərlər alınıb. Mömin insanlarımızın bu qaydalara əməl edəcəyini gözləyirik. Bugünkü yoluxma sayının azalması hər birimizi sevindirir. Biz bu dinamikanı saxlamaq üçün qaydalara əməl etməliyik”, - deyə o bildirmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!