Koronavirusa görə məscidlər də bağlanıb? - Komitə rəsmisindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə məscidlər də bağlanıb? - Komitə rəsmisindən AÇIQLAMA

Din

07 Mart 2020 15:29 1296


“İki aydan çoxdur dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizəyə kifayət qədər böyük vəsait ayırıb, əməkdaşlığı genişləndirib. Azərbaycanda da koronavirus yayıldığı andan etibarən xəstəliklə mübarizədə bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir”. 

"Yeni Sabah" xəbər verir ki, bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib.

Onun sözlərinə görə, martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirilib: “Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri ilə yanaşı ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də müşavirədə iştirak edib. Müşavirədə məscid, kilsə, sinaqoq və digər ibadət ocaqlarının insanların kütləvi toplaşdıqları məkanlar olması nəzərə alınaraq insanların diqqətli olmaları, bu məsələyə həssas yanaşmalarına dair çağırışlar edilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin xüsusi tövsiyələri kütləvi informasiya vasitələri tərəfindən ölkə ictimaiyyətinə çatdırılıb. QMİ-nin tabeliyində olan din xadimlərinə bildirilib ki, məscidlərə gələn insanlara sanitariya-epidemioloji qaydalara riayət etmələri tövsiyə olunsun”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!