Koronavirusa yoluxanlara 3000 dollar veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxanlara 3000 dollar veriləcək

Maraqlı

03 Sentyabr 2020 12:16 1227


Dünyanı cənginə alan koronavirus ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. İqtisadi itkilər ən çox ölkələrin turizm sektorunda özünü büruzə verir.

Yenisabah.az xəbər verir ki, pandemiyanın hələ də mövcud olmasına baxmayaraq, artıq bir sıra ölkələr yenidən səfərlərin həyata keçirilməsi üçün mühüm turizm kampaniyalarına başlayıblar.

Sherg.az yazır ki, ABŞ-ın Las Veqas şəhərində bir şirkət turizmi inkişaf etdirmək üçün pulsuz uçuş biletləri təşkil edib. İsveçrə otellərə və səyahətlərə 65 faiz endirim edəcəyini, Cənubi Kipr isə koronavirusa tutulan turistlərin dərman, yaşayış və yemək xərclərini qarşılayacağını bildirib. Dördpendirli pizza

Ancaq Özbəkistan turizmin canlandırılması istiqamətində ən maraqlı kampaniyanı həyata keçirən ölkələr sırasında olub. Belə ki, bu ölkə koronavirusa yoluxanlara 3000 dollar verəcəyinə söz verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!