Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.
"Yeni Sabah" xəbər verir ki, çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı.
Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur. Dominos pizza
Qeyd edək ki, Liu Youşa BDU-nun Tarix fakültəsinin III kursunda təhsil alır. O, yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb.
Telegram kanalımız