Koronavirusdan sağalan xəstələrin qanı satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan sağalan xəstələrin qanı satışa çıxarıldı

Maraqlı

02 May 2020 13:25 939


Dünyanın dörd bir tərəfindən koronavirus pandemiyası ilə mübarizə aparılır. Məlumdur ki, elm adamları virusun müalicəsini tapmaq üçün durmadan işləyirlər. Alimlər çıxış yolu üçün sağalan xəstələrin qanından alınan antitellərlə hazırlanacaq müalicə üsulu üzərində də təhlillər aparırlar. Lakin belə bir zamanda kibercinayətkarlar da boş dayanmır. 

Yenisabah.az xəbər verir ki, qanunsuz prosedurların aparıldığı və hakerlər tərəfindən tez-tez istifadə olunan "dark web"də artıq koronvirusdan sağalan xəstələrin qanı peyvənd üçün satılır. 

Qeyd edək ki, Avstraliya Dövlət Universitetinin tədqiqatçıları kibercinayətkarların koronavirus böhranını necə fürsətdə çevirdiyini göstərən hesabat hazırlayıblar. Hesabatda qanunsuz satılan məhsullar arasında qanla yanaşı böyük miqdarda qoruyucu vasitələrin və dərmanların da olduğu göstərilib.  Toyuqlu pizza

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!