Koronavirusdan sağalanların saçı tökülür

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan sağalanların saçı tökülür

Sağlamlıq

23 Oktyabr 2020 14:42 1047


Koronavirus infeksiyasından sağalandan sonra xəstəliyin nəticələrindən biri saçın tökülməsidir.

Yenisabah.az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin alimləri açıqlama verib.

Alimlərin sözlərinə görə sağaldıqdan dörd ay sonra COVID-19 xəstəxanasında yatan insanlar nəfəs darlığı (11 faiz), zəiflik (10 faiz), zəif qoxu (10 faiz), öskürək (4 faiz), həmçinin dad pozğunluqları (2 faiz) kimi bir sıra əlamətlər qalır. Pepperoni pizza

Eyni zamanda, koronavirusdan sağalanların dörddə biri saç tökülməsindən şikayətlənib.

Elm adamları Ebola və ya denqe qızdırması keçirənlərdə oxşar simptomları müşahidə ediblər. Bununla belə saç tökülməsinin xəstələrin emosional həyəcanından da qaynaqlana biləcəyini etiraf ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!