Koronavirusla bağlı “Semaşko”da neçə nəfər qalır?

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla bağlı “Semaşko”da neçə nəfər qalır?

Sağlamlıq

07 Fevral 2020 07:00 982


Bu günə olan nəticələrə əsasən, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  birgə məlumat yayıb. Bildirilib ki, xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Qeyd edilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. pizza mizza

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!