Dünyada koronavirusun ən geniş yayıldığı ölkə olan ABŞ-da ştatların əksəriyyətində yoluxanların sayında azalma müşahidə edilsə də, ölkədə hər gün 25 mindən çox insanda COVİD-19 simptomları aşkarlanır.
Yenisabah.az xəbər verir ki, baş verənlərə baxmayaraq, 30 ştatda tədbirlər qismən yumşaldılıb. 20-yə yaxın ştatda isə sərt tədbirlər hələ də davam edir. Belə bir zamanda "American Airlines" və "Hyatt Hotels Corporation" Nyu-Yorkda virusun ən pis təsir göstərdiyi "Elmhurst" Xəstəxanasındakı 4 min nəfərə (həkimlərə, tibb bacılarına, xadimlərə və mətbəx işçilərinə) tətil paketi hədiyyə edib.
Sayad Həsənli pizza
Telegram kanalımız