Koronavirusla qripin fərqi nədir? - TƏBİB   AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla qripin fərqi nədir? - TƏBİB AÇIQLADI

Sağlamlıq

03 Dekabr 2020 17:31 2190


Koronavirus və qripin çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.

Yenisabah.az TƏBİB-ə istinadla xəbər verir ki, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə bir az narahat və zəif hiss edə bilərsiniz.

Covid-19-un simptomları Dominos pizza

– yüksək hərarət və ya üşütmə

– öskürək

– nəfəs darlığı və ya nəfəs almaq çətinliyi

– yorğunluq və zəiflik

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– qoxu və dad itkisi

– boğaz ağrısı

– burun tutqunluğu və ya axması

– mədə ağrısı, ishal

– ürək bulantısı

Qipin simptomları

– öskürək

– yüksək hərarət (olmaya da bilər)

– boğaz ağrısı

– burun tutqunluğu və ya axıntısı

– əzələ və ya bədən ağrısı

– baş ağrısı

– yorğunluq

Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!