Koronavirusu Çinə ABŞ ordusu yayıb - Çin rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusu Çinə ABŞ ordusu yayıb - Çin rəsmisi

Sağlamlıq

15 Mart 2020 11:57 974


Çininin Uhan şəhərinə koronavirus pandemiyasını ABŞ ordusu yayıb.

“Yeni Sabah” Axar.az-a istinadən xəbər verir ki, bu iddianı Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician Tvitter hesabında paylaşıb.

XİN sözçüsü ABŞ Xəstəliklərin İdarə edilməsi və Qarşısının alınması Mərkəzinin direktoru Robert Redfieldin də olduğu videogörüntünü paylaşaraq, onun daha əvvəl qripdən ölən Amerika vətəndaşlarında koronavirus aşkarlanması ilə bağlı dediyi sözləri xatırladıb. pizza hut

"R.Redfield bu açıqlama ilə özünü ifşa edib. Bilmək istəyirik ki, ABŞ-da koronavirusa yoluxan ilk xəstə nə vaxt aşkarlanıb? Neçə nəfər virusa yoluxub? Mənim fikrimcə, pandemiyanı Uhana yayan ABŞ ordusudur. Dürüst olun. ABŞ bizə açıqlama borcludur", - XİN rəsmisi bildirib.

Qeyd edək ki, Çində virusdan ölənlərin sayında azalmalar baş verib. Son 24 saatda koronavirusdan 7 nəfər həyatını itirib. Ümumilikdə ölkə üzrə pandemiyadan 3 min 179 nəfər ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!