“Britaniya” koronavirusunun uşaqlar üçün daha təhlükəli olduğu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Britaniya” koronavirusunun uşaqlar üçün daha təhlükəli olduğu açıqlandı

Sağlamlıq

03 Yanvar 2021 23:26 864


Böyük Britaniyada koronavirusun müəyyən edilmiş yeni ştammı uşaqlar üçün təhlükəlidir.

Yenisabah.az xəbər verir ki, bunu Londonun Kraliça Meri Universitetinin epidemiologiya üzrə baş müəllimi Dipti Qurdasani bildirib.

O, Britaniyada koronavirusun yeni mutasiyasının 19 yaşınadək olan uşaqlar və gənclər üçün daha çox yoluxucu olduğunu qeyd edib. pizza

“Həm də uşaqlarda bu növ koronavirusun simptomlarının yaranma ehtimalı daha yüksək ola bilər”, - Qurdasini belə deyib.

Onun sözlərinə görə, yeni koronavirus ştammı uşaqlardan böyüklərə də keçə bilər ki, bu da daha ağır xəstəliyə səbəb ola bilər.

Qeyd edək ki, son sutka ərzində Britaniyada 54 990 nəfərin COVID-19 testi müsbət nəticə verib, 454 nəfər isə bu virusdan ölüb. Ümumilikdə ölkə ərazisində 2 654 779 nəfərdə koronavirus aşkar olunub, virusa yoluxmuş 75 024 nəfər isə həyatını itirib.  /APA

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!