Koronavirusun daha bir ağır əlaməti aşkarlandı  

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun daha bir ağır əlaməti aşkarlandı  

Sağlamlıq

12 Dekabr 2020 10:20 956


İslandiyadan olan tədqiqatçılar qrupu koronavirusun daha bir simptomunu aşkarlayıblar.

Yenisabah.az xəbər verir ki, əlamət pasiyentlərin əksəriyyətində müşahidə olunur. Söhbət mialqiyadan gedir. Bu, əzələlərdə, vətərlərdə, yumşaq birləşdirici toxumalarda, bağlarda, sümüklərdə və orqanlardakı ağrı hissləridir.

Alimlərin tədqiqatlarının nəticələrinə görə, mialqiya pasiyentlərin 55 faizində qeydə alınır. Sezar pizza

Ən çox yayılmış simptomlar arasında həmçinin baş ağrıları və öskürək də var. Belə ki, pasiyentlərin 51 faizi baş ağrısından, 49 faizi öskürəkdən əziyyət çəkir.

Qeyd edək ki, COVID-19-un yüngül formasının aşkarlandığı pasiyentlərdə baş ağrısı, qoxu, dadbilmə hisslərinin itməsi və burun tutqunluğu xəstəliyin ən çox yayılmış əlamətləridir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!