Dünyada 49 milyondan çox insanın yoluxduğu koronavirusla bağlı İngilis mediası ümidverici məlumat paylaşıb.
Yenisabah.az xəbər verir ki, dünyada aparıcı elm adamlarını bir yerə toplayan “Recovery” adlı qurum aspirinin COVID-19-un müalicəsində böyük rol oynadığını vurğulayıb. İngilis elm adamları bu istiqamətdə araşdırmaların daha genişhəcmli aparılacağını diqqətə çatdırıb. Onlar qanı sulandıran, baş ağrısı və halsızlığın qarşısın alan aspirinin laxtalanmanı əngəllədiyini diqqətə çatdırıblar.
Qeyd edək ki, alimlar koronaviruslu xəstələr üzərində hazırda bir araşdırmaya başlayıblar. Araşdırmada iştirak edən 2 min könüllü gündə 150 milliqram aspirin qəbul edəcəklər və bu müddətdə səhhətlərindəki dəyişikliklər müşahidə ediləcək. Pepperoni pizza
Telegram kanalımız