Koronavirusun əlamətləri və qorunma üsulları açıqlandı -   Əhaliyə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun əlamətləri və qorunma üsulları açıqlandı - Əhaliyə xəbərdarlıq

Sağlamlıq

24 Yanvar 2020 09:50 1735


Bir neçə gündür dünya ictimaiyyətini təşvişə salan koronavirusla bağlı qonşu Rusiya və Türkiyə hava limanlarında xüsusi yoxlamalar həyata keçirilir. Hətta Rusiyada 3 nəfər koronavirus şübhəsi ilə müayinələrə cəlb edilib. Bir müddət öncə Azərbaycanda Respublikasının Səhiyyə Nazirliyi də virusla bağlı insanlara müraciət etmişdi. 

“Yeni Sabah” xəbər verir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında koronovirusun əlamətləri və qorunma üsullarından danışıb.

O bildirib ki, koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır: Sezar pizza

“Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər.

C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür:

“Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”. 

Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!