“Koronavirusun hazırkı dalğası sönməyə doğru gedir”

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusun hazırkı dalğası sönməyə doğru gedir”

Sosial

16 Sentyabr 2021 08:38 882


Azərbaycanda koronavirusun hazırkı dalğası sönməyə doğru gedir.

“Yeni Sabah” Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, bu cür müsbət tendensiyanın müşahidə edilməsinin bir neçə səbəbi var. Marqarita pizza

"Artıq soyuq aylara doğru gedirik və bu dövrdə kəskin respirator infeksiyalar, qrip kimi xəstəliklər mövsümi olaraq artmağa başlayır. Xüsusilə ötən il oktyabrın 12-dən sonra yoluxma sayında artım müşahidə edilmişdi. Həmin mənzərə bu il də müşahidə edilə bilər", - deyə baş infeksionist qeyd edib.

O əlavə edib ki, məhz bütün bunlar nəzərə alınaraq vətəndaşlar vaksinasiya prosesində aktiv şəkildə iştirak etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!