Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştammlarının adlarını dəyişdirib.
Yenisabah.az xarici mediaya istinadən məlumat verir ki, SARS-CoV-2 koronavirusunun yeni ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılacaq.
Bu barədə qərarı bütün dünyadan olan mütəxəssislərlə məsləhətləşmələrdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qəbul edib. pizza
Beləliklə, bundan sonra “Britaniya” ştammı “Alfa”, Cənubi Afrika ştammı “Beta”, Braziliya ştammı “Qamma”, Hindistan ştammı “Delta” adlandırılacaq.
ÜST hesab edir ki, bu cür adlandırma yadda saxlama və səsləndirmə baxımından dəqiq və asandır.
Qeyd edək ki, bu qərara səbəb isə koronavirusun yeni variantlarının ilk dəfə aşkar olunduqları və yayıldıqları ölkələr üzrə coğrafi adlar daşıdığına görə ÜST bunu ləkələyici və ayrı-seçkilik yaradan sistem hesab edib. Bu cür adlandırma mənfi təsəvvürlər yarada biləcəyinə görə SARS-CoV-2 koronavirusu daha "Çin koronavirusu" adlandırılmayacağını bildirib.
Telegram kanalımız