“Korrupsiya elə bir bəladır ki...”  - Elman Babayev

saytların hazırlanması

Evə çatdırılma

“Korrupsiya elə bir bəladır ki...” - Elman Babayev

Siyasət

05 Fevral 2019 02:42 1137


“Ölkəmizin “Korrupsiya Qavrama İndeksi”ndə göstərilən yeri reallıqdan uzaqdır. Çirkin məqsəd isə gün kimi aydındır: bütün imkanlar səfərbər olunsun ki, Azərbaycan dünyada gözdən salınsın!”.

“Yeni Sabah” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Elman Babayev öz yazıb. 

Jurnalist bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri hər il daha intensiv xarakter alır. Son illər dövlət qurumları bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində sanki bir yarışa, başqa sözlə, imtahana giriblər. Qurumların əksəri  bu yöndə özünü daha çox göstərməyə meyl edir: “Ən mühümü isə vətəndaşların korrupsiya faktlarından şikayət etmək imkanlarının genişlənməsidir. Prezidentdən tutmuş, yüksək vəzifəli məmura qədər vətəndaşın şikayətini yazmaq hüququ işləkdir və yüzlərlə məktub ünvanına müvafiq prosedurlarla gedib çata bilir”.    pizza mizza

E. Babayev bildirib ki, qurum 2018-ci il üçün “Korrupsiya Qavrama İndeksi”ni açıqlayarkən, bütün bu dəyişiklikləri görməzdən gəlib. Azərbaycanı öz reytinq siyahısında arxa sıralarda yerləşdirib; “Əlbəttə,  korrupsiya elə bir bəladır ki, onu kökündən qoparıb atmaq olmur və heç bir dövlət sinəsinə döyə bilməz ki, bunun öhdəsindən tamamən gəlib. Azərbaycan da bu istiqamətdə hələlik qalan problemləri heç vaxt gizlətmir. Sonuncu hesabatda Azərbaycanı geriləmiş təqdim etməksə, xeyli qərəzli təsir bağışlayır; səmimiyyətə söykənmək kimi görünmür.

Avropa o Avropadır ki, işinə yarayanda nəinki Azərbaycanı, Qazaxıstanı, Türkiyəni...də hansısa məsələdə müsbət göstərir, maraqlarına ziddiyyət meydana çıxanda isə ölkələri qabağına qoyub uşaq kimi danlamağı üstün tutur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!