“Korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır” - İlham Əliyev

Siyasət

13 Fevral 2019 12:48 1182


““ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Real TV-yə müsahibəsində prezident İlham Əliyev deyib. O, bildirib ki, bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. “Sirr deyildir ki, "ASAN xidmət"ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. "ASAN xidmət"də təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət etməkdir, özü də təmənnasız. Gələcəkdə bu könüllülər, - artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, - vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər.

Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir - Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər. "ASAN Könüllüləri" bax, bu prinsiplərlə yaşayırlar. Ona görə bu, böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni "ASAN xidmət" mərkəzi açılacaq. "ASAN xidmət" mərkəzlərində xidmətlərin sayı da gündən-günə artır, 200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu, çox qürurverici bir məsələdir. Toyuqlu pizza

O ki qaldı, “hədəfimiz nədir” sualınıza, deməliyəm ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yəni, sistem xarakterli islahatlar. İndi "ASAN xidmət" elə qurulub ki, artıq bu sistem müstəqil formada yaşayır. Gələcəkdə orada çalışacaq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və sədaqətlə xidmət göstərsinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!