Korrupsiyaya görə 126 məmur işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Korrupsiyaya görə 126 məmur işdən qovuldu

Dünya

30 Yanvar 2019 22:46 1144


Səudiyyə Ərəbistanının Bələdiyyələrlə İş üzrə Nazirliyi korrupsiyada ittiham olunan 126 məmuru işdən qovub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat idarənin"Twitter" mikrobloquna yerləşdirilib.

Məlumata görə, idarənin Ər-Riyad, Ciddə və daha 13 şəhərdəki bölmələrindən olan məmurlar işdən qovulub. pizza sifarişi

Xatırladaq ki, son illərdə Səudiyyə Ərəbistanında korrupsiyanın kökünü kəsmək və maliyyə vəsaitlərinin dövlət xəzinəsinə qaytarılması məqsədilə Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə genişmiqyaslı antikorrupsiya kampaniyası həyata keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!