Korrupsiyaya Qarşı Mübarizə İdarəsində yeni təyinat 

saytların hazırlanması

Evə çatdırılma

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində yeni təyinat 

Maraqlı

15 May 2020 16:30 1724


Baş prokuror Kamran Əliyev prokurorluq sistemində yeni təyinat həyata keçirib. 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun “Yeni Sabah”a veridyi açıqlamaya görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunaraq ona Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub. 

E.Sultanov həmçinin bildirib ki, R.Səfərəliyev 1992–2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.  pizza sifarişi

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!