Kozlariçin Şuşa ilə bağlı gülünc açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Kozlariçin Şuşa ilə bağlı gülünc açıqlaması

Siyasət

29 Avqust 2022 23:40 18804


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəsinin hazırki səfirinin Şuşaya səfərdən imtinasının doğru olduğunu belə izah edib ki, sülh sazişi yoxdur. Yəni Kozlariçin məntiqinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişi yoxdursa, Qərb ölkələrinin səfirlərinin Şuşaya getməsi doğru deyil.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Kozlariç səfirlərin və diplomatların Şuşaya “şəkil çəkdirmək üçün getdikərini” iddia edib: pizza mizza

“Birincisi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya nə dəxli var? Yəni Ermənistan Şuşanı Azərbaycan şəhəri kimi tanımalıdır ki, ABŞ səfiri tarixi şəhərimizə getsin? Bəlkə iki ölkə arasında sülh sazişi ümumiyyətlə imzalanmadı, Vaşinqton Şuşanı Azərbaycan şəhəri kimi tanımayacaq? Halbuki ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, deməli, Şuşanı da Azərbaycan şəhəri kimi qəbul edib.

İkincisi, xarici ölkə səfirləri və yüzlərlə diplomat Şuşaya yalnız Kozlariçin təbirincə desək, “şəkil çəkdirmək” üçün getməyiblər, onlar bu yolla Azərbaycanın ərazi bütövlüyünə hörmətlərini nümayiş etdiriblər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!